“Rusiyanın Baltikyanı regionda nüvə silahı var” – ŞOK AÇIQLAMAbackend

"Rusiyanın Baltikyanı regionda nüvə silahı var" - ŞOK AÇIQLAMA

“Rusiya Baltikyanı regionda nüvə silahı ehtiyatına malikdir”,

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Estoniyanın “BNS” xəbər agentliyinə Litvanın müdafiə nazir Arvidas Anuşauskas bildirib.

Nazir Litvanın cənub sərhədindən 100 kilometr uzaqlıqda, Rusiyanın Baltik dənizi sahilində yerləşən Kalininqrad bölgəsində nüvə silahının olduğunu bildirib.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünənki açıqlamasında bildirib ki, İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət etsələr, Rusiya Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək və regiona nüvə silahı göndərəcək.

Qeyd edək ki, Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad Litva və Polşa arasında 15 min kvadrat kilometr ərazini əhatə edir.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*