“Səhiyyəmizin üz qaraları, belələrinə görə…” – Azərbaycanlı alim yıxıb-sürüdübackend

"Səhiyyəmizin üz qaraları, belələrinə görə..." - Azərbaycanlı alim yıxıb-sürüdü

“Azərbaycan səhiyyəsinin üz qaraları. Kimliyindən, yaşından, elmindən və vəzifəsindən asılı olmayaraq qanunsuz əməllərinə görə cəmiyyətdə səhiyyəyə etibarın daha da itirilməsinə səbəb olanlar həm dövlətə və dövlətçiliyə, həm də millətə qarşı güclü zərbə vururlar”.

KONKRET.az  xəbər verir ki, bunu Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O, belə əməlləri törədən hər kəsi şiddətlə qınadığını və onların gec və ya tez qanun qarşısında cavab verəcəklərindən əminliyini ifadə edib:

“Səhiyyəni gələcəkdə göylərə qaldırmaq, xalqın səhiyyəyə inamını və etibarını qaytarmaq çox çətin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*