Şəmkir rayonunda evdən pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.
KONKRET.az xəbər verir ki, rayon sakini V.Məmmədovanın evindən quldurluq yolu ilə 130 manat pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlanıb.
Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkumlar, Şəmkir rayon Təzəkənd kənd sakinləri, V.İsgəndərov və S.Əsədov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
