Slovakiya Türk PUA-larını inventarına əlavə etmək üçün danışıqlara başlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
Nazir Türkiyədən “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatının (PUA) alınması üçün danışıqlara başlanıldığını açıqlayıb.
“Baykar” baş direktoru Haluk Bayraktarın Slovakiya heyəti ilə görüşdüyü bildirilib.
Görüşlə bağlı sosial media hesabından açıqlama verən Slovakiya müdafiə naziri Nad bildirib ki, “Slovakiya ordusunun pilotsuz uçuş aparatları ilə təminatı istiqamətində işlər davam edir. Bu gün cənab Bayraktarla gözəl bir görüş keçirdik”.
Qeyd edək ki, “Bayraktar TB2” PUA-ları indiyədək 19 ölkəyə ixrac edilib.
İqbal Rzayev,
KONKRET.az
