Ukrayna hərbçiləri Rusiyaya məxsus texnikanın olduğu körpünü partlatdılar – FOTObackend

Ukrayna hərbçiləri Rusiyaya məxsus texnikanın olduğu körpünü partlatdılar - FOTO

Ukraynanın Xarkov vilayətində ukraynalı hərbçilər düşmən texnikasını məhv ediblər.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, İzyum şəhərinə istiqamətlənən Rusiya texnikasının olduğu körpü partladılıb. Zirehli “Tiger”, KAMAZ və üç “Ural” avtomobilləri məhv olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:

“Bu, düşmən texnikasının yolu boyunca körpü idi. Körpü müəyyən plana uyğun olaraq Rusiya texnikası ilə birlikdə partladılıb, düşmənin bütün kolonu məhv edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*