Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, aktrisa bir müddət əvvəl övladı ilə Amerikaya istirahətə yollanıb.
O, paylaşımında qızına xoş sözlər yazıb:
“Sən məni həyata bağlayan, xoşbəxt edən tək varlıqsan. Yaşama səbəbim, həyat səninlə gözəl. Allah səni qorusun. Allah ömür versin sənin xoşbəxt gunlərini görüm. Allah məni sevənin də, sevməyənin də, mənə pislik edənlərin, qəlbimi qıranların da övladlarını qorusun. Allah valideynlərin gunahlarını övladlarına yazmasın. Allahım, qəlbimin içini görürsən. Qəlbimə görə mükafatımı ver”.