Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Avropa Birliyi üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
“Prezident Zelenski AB-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin AB üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu anketini təhvil verib”, – məlumatda qeyd olunub.
