ABŞ-ın Cənubi Karolina ştatında dünənki atışmadan sonra bu gün növbəti silahlı insident baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında Hampton şəhərində bir klubda baş verən atışma nəticədə 9 nəfər yaralanıb.
Xatırladaq ki, ötən gün də Karolina ştatındakı ticarət mərkəzində silahlı hücum nəticəsində 14 nəfər yaralanıb.
Həmçinin Pensilvaniya ştatının Pittsburq şəhərində səhər saatlarında 200-ə yaxın insanın iştirak etdiyi ev şənliyində açılan atəş nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
İqbal Rzayev,
KONKRET.az
