ABŞ-da Çikaqo yaxınlığındakı təbiət qoruğunda 200-ə yaxın ölü quş tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, fevral ayından bəri ölkə daxilində 30-dan çox ştatda 20 milyondan çox quşun virusdan tələf olduğu təxmin edilir.
Bildirilib ki, quş qripi ABŞ-da əsasən təbiət qoruğuna yayılıb. Quş müşahidəçiləri üçün məşhur yer olan “Beyker” gölündə 200-ə yaxın quş cəsədi tapılıb.
Çikaqo şəhəri yaxınlığındakı göldə baş verən ölüm hadisəsi səlahiyyətliləri hərəkətə keçirib.
Digər tərəfdən ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildən bəri ən ciddi quş qripi epidemiyası ilə üzləşdiklərini və peyvənd araşdırmalarına başladıqlarını açıqlayıb.
Xatırladaq ki, quş qripi epidemiyası keçən il Avropa və Asiyanı da təşvişə salıb.
İqbal Rzayev,
KONKRET.az
