Arutyunyan Paşinyanı TƏHDİD ETDİ: “Ermənistan hakimiyyəti indiki dağıdıcı siyasətindən əl çəkməlidir”backend

Arutyunyan Paşinyanı TƏHDİD ETDİ: "Ermənistan hakimiyyəti indiki dağıdıcı siyasətindən əl çəkməlidir"

Qondarma rejimin rəhbəri Arayik Arutyunyan özünü “Artsax Müdafiə Ordusu” adlandıran saxta qurumun komandanlığı ilə görüş keçirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın açıqlamalarından sonra yığıncaq keçirən Arutyunyan bildirib ki, bütün müdafiə proqramları Rusiya sülhməramlı kontingentinin funksiyaları ilə əlaqələndirilməlidir: “Qondarma qurumun saxta müdafiə ordusunun komandanı Kamo Vardanyan isə təmas xəttindəki əməliyyat-taktiki vəziyyətə dair məruzə ilə çıxış edib.

Arutyunyan hətta baş nazir Paşinyana qarşı da təhdidedici fikirlər səsləndirib. O Ermənistan hakimiyyətindən indiki dağıdıcı siyasətindən əl çəkməyi və “Artsax”ın statusu ilə razılaşaraq danışıqların səviyyəsini aşağı salmamağı tələb edib.

Bundan əlavə, saxta rejimin parlamentariləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərliyini Qarabağla bağlı beynəlxalq mandata malik yeganə formatı qorumaq üçün tədbirlər görməyə çağırıblar.

Görünən odur ki, Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi qəbul etməsi, sülh istiqamətində müəyyən addımlar atması Arutyunyan və ona havadarlıq edən revanşist qüvvələri əməlli-başlı təşvişə salıb. Elə qondarma rejim nümayəndələrinin təcili bir araya gəlməsi də bunu sübuta yetirir. Arayik isə öz saxta kreslosunu qorumaq üçün hətta baş nazir Paşinyana qarşı da çıxmağa  hazırdır. Bu isə Ermənistanda vətəndaş müharibəsinin başlaya biləcəyi ilə bağlı ehtimalları artırır. Hər bir halda Azərbaycan Qarabağla bağlı heç bir güzəştə getməyəcəyini və şərtlərini sonuna qədər diqtə edəcəyini açıqlayıb. Əks halda isə Ermənistanın başı üzərində hər an “dəmir yumruq” görünə bilər. Bunun nə demək olduğunu isə həm Paşinyan, həm Arayik Arutyunyan, həm də erməni cəmiyyəti çox yaxşı bilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*