Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinaytət işi açılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov “KONKRET.az”ın sorğusuna cavab olaraq bildirib ki, iyulun 30-u axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Nazir Cavadovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparırılr.
**
Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
KONKRET.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.(report)