Bakıda orta məktəb şagirdi döyülüb.
KONKRET.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 132 saylı tam orta məktəbin şagirdi, 2008-ci il təvəllüdlü Ömər Hüseyn İbrahim oğlu digər şagird, yaxud şagirdlər tərəfindən döyülüb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyərinin əzikləri diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
