“İndi heç nə onların nüvə hücumuna hazırlaşdığını göstərmir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Rusiyanın nüvə silahı ilə bağlı təhdidlərindən danışarkən bildirib.
Ukrayna rəsmisi bildirib ki, bu, informasiya müharibəsinin mərhələlərindən biridir:
“Rusiya daim nüvə hücumu ilə bağlı şayiələr yaymaqla fəal şəkildə informasiya müharibəsi aparmağa davam edir. Onların əsas qorxu yaratma vasitələri nüvə silahıdır, ona görə də, bundan bütün cəbhələrdə istifadə edirlər”.
V.Denisenko Rusiyanın nüvə silahından istifadə etməyəcəyini bildirib. O qeyd edib ki, nüvə Rusiya rəhbərliyinin sonuncu silahıdır:
“Biz başa düşməliyik ki, bu, Putinin sonuncu kozırıdır. İndi biz informasiya hücumuna məruz qalmışıq”.
Xatırladaq ki, bu gün Rusiya Ukrayna müharibəsinin 51-ci günüdür.
Vəsilə İbrahim,
KONKRET.az
