Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olubbackend

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub

Baş nazir Əli Əsədov Tehranda fəaliyyəti yenidən bərpa olunan Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.

Bu barədə KONKRET.az-a Nazirlər Kabinetindən bildirilib.

Bildirilib ki, Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*