Ermənistanla Azərbaycan arasında çərçivə sazişi imzalanacaq – Politoloq detalları açıqladıbackend

Ermənistanla Azərbaycan arasında çərçivə sazişi imzalanacaq – Politoloq detalları açıqladı

Ermənistanlı siyasi ekspert Tiqran Koçaryan deyib ki, gələcəkdə Ermənistan parlamentində azərbaycanlı deputatlar olacaq və onlar Ermənistanın davam edən siyasətinə təsir edəcək. Ekspert hesab edir ki, hakimiyyət də başa düşür ki, konstitusiya referendumu məsələsində hələ də Tavuşda kəndlərin təslim olması ilə bağlı vəziyyəti həzm edə bilməyiblər.

“Tavuşda ərazinin delimitasiyası və demarkasiyası Paşinyanın mövqelərinə çox mənfi təsir edib. Düşünürəm ki, Paşinyanın indi Əliyevlə görüşdən yayınması da bu səbəbdəndir. O, başa düşür ki, hər görüşdən sonra növbəti güzəştə getməlidir, lakin sonuncu görüş çox çətin olduğundan buna hazır deyil”.

O bildirib ki, buna baxmayaraq, o, əmindir ki, məhz bu şərt – Konstitusiyanın dəyişdirilməsi Bakının hazırkı mərhələdə əsas tələbidir. “Əliyev Ermənistanda Nikol Paşinyan kimi liderin hakimiyyətdə olmasından istifadə edərək başladığı işi başa çatdırmağa tələsir. O, Ermənistanda elə bir vəziyyət yaratmaq niyyətindədir ki, hətta gələcək hakimiyyət də heç nəyi dəyişdirə bilməyəcək. Bu kontekstdə ona iki komponentin – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin və azərbaycanlıların bizim torpaqlarda məskunlaşdırılmasının həyata keçirilməsi lazımdır. Konstitusiyanı dəyişdirməklə o, Ermənistanın heç vaxt Qarabağ məsələsini qaldırmayacağına zəmanət alacaq və ölkəmizdə azərbaycanlı icmasını təmin edəcək.

Təsəvvür edin, bundan sonra Ermənistan parlamentində azərbaycanlı deputatlar olacaq və onlar Ermənistanın davam edən siyasətinə təsir edəcək. Çünki beynəlxalq məhkəmələrdə təzminat məsələsi ilə bağlı məqsədinə nail olan Əliyev Paşinyanı qondarma sövdələşməyə dəvət edəcək və təzminatın bağışlanması müqabilində azərbaycanlıların qaytarılmasına nail olacaq”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsində azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi ilə bağlı bənd olmayacaq: “Bu, mümkün deyil. Ermənistanlılar konstitusiyaya sala bilər ki, Qarabağdan köçən ermənistanlılar Qarabağa qayıtsın. Belə bir məsələ, ümumiyyətlə, müzakirə predmeti deyil. Sülh müqaviləsində Azərbaycanın şərtləri var. Ermənistan konstitusiyasında və qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddiaları yer tapmamalıdır. Bu məsələlər öz həllini tapandan sonra sülh müqaviləsi imzalanacaq”.

Onun sözlərinə görə, ikitərəfli danışıqlarda da artıq müəyyən irəlilləyişlər var:

“Danışıqlarda müəyyən irəliləyişlər var. Çərçivə sazişi imzalana bilər. Təbii ki, burada ABŞ Ermənistana xüsusilə təzyiq edir. Artıq Türkiyə ilə Ermənistan arasında da xüsusi danışıqlar gedir. Tərəflər sülhü əngəlləyən prosesdən kənar olacaqlar. Əgər sülh müqaviləsinə “Azərbaycanlılar Ermənistana qayıtsın və ya Qarabağdan köçən ermənistanlılar Qarabağa qayıtsın” bəndi danışıqlar predmetinə gəlsə, sülh müqaviləsi mümkünsüz olacaq. Bu məsələ tamamilə danışıqlar prosesini çətinləşdirə bilər”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*