Məşhur amerikalı aktyor ukraynalılara dəstək aksiyasına QOŞULDU – VİDEObackend

Məşhur amerikalı aktyor ukraynalılara dəstək aksiyasına QOŞULDU - VİDEO

Məşhur amerikalı aktyor ukraynalılara dəstək aksiyasına qoşulub.

KONKRET.az xəbər verir ki, məşhur aktyor Riçard Gir Ukraynada baş verənlərə biganə qalmadığını və hər zaman ukraynalı qaçqınlara yardım etməyə hazır olduğunu bildirib. O, ukraynalılara dəstək çağırışı ilə videomüraciət edib.

“Qadınlar, uşaqlar, kiçik oğlanlar və qızlar, qocalar müharibədən qaçmağa məcburdurlar. Qorxu, aclıq, soyuq, təhlükəsizlik və kömək axtarışında gəzmək artıq onların həyat tərzinə çevrilib. Ukrayna xalqı ilə həmrəy olduğumu ifadə etmək və onların tək və problemlərlə üz-üzə qalmamalarına əmin olmaq üçün “Care Crisis Ukrainian Fund”-a qoşuldum”, – deyə aktyor bildirib.

Qeyd edək ki, “Care Crisis Ukrainian Fund” – Ukraynadan olan qaçqınlara qayğı və yardım göstərmək məqsədilə yaradılmış fonddur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*