“Moskva” kreyserinin sıradan çıxarılması Rusiya-Ukrayna müharibəsinin taleyini NECƏ DƏYİŞƏCƏK? backend

"Moskva" kreyserinin sıradan çıxarılması Rusiya-Ukrayna müharibəsinin taleyini NECƏ DƏYİŞƏCƏK

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Moskva” raket kreyserinin vurulmasının Ukrayna üçün əhəmiyyətindən bəhs edib.

KONKRET.az RBK Ukrayna-ya istinadən xəbər verir ki, Moskva kreyserinin sıradan çıxarılması Xerson istiqamətində xoş sürprizlərə səbəb olacaq:

“Moskva” kreyseri Xersondakı rus işğalçılarını hava hücumundan müdafiə ilə təmin edirdi. O, həmçinin, Odessa və Xerson vilayətlərinə desant çıxarılmasını təmin etməli idi. Flaqmanın məhvi Xerson istiqamətində xoş surprizlərə səbəb olacaq. Lakin buna bizim mütəxəssislər qərar verəcəklər. Əgər onlar qərara gəlsələr ki, boşluq həqiqətən mövcuddur, o zaman bizi xoş sürprizlər gözləyəcək”.

Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal “Neptun” gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu təsdiqləyib. Nazirliyin bu gün yaydığı məlumatda isə gövdədəki sursatların partlaması nəticəsində yanğın baş verdiyi və fırtına səbəbindən isə batdığı bildirilib.

Qeyd edək ki, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunub. Kreyserin sıradan çıxarılması Moskva üçün Ukrayna müharibəsi başlayandan indiyə qədər ən bahalı itki olub. Ukraynanın kreyseri vurduğu “Neptun” raketləri 26 milyon dollar, Rusiyanın “Moskva” raket kreyseri isə 750 milyon dollar idi.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*