“Nağıl danışmağın mənası yoxdur” – Yanacağın keyfiyyəti aşağı düşüb?backend

“Nağıl danışmağın mənası yoxdur” - Yanacağın keyfiyyəti aşağı düşüb?

Son günlər vətəndaşlar sosial media hesablarında paylaşım edərək yanacağın keyfiyyətinin aşağı düşdüyünü, lakin sərfiyyatın artdığını bildirirlər. Onlar iddia edirlər ki, əvvəl 10 litr benzin ilə 100 km yol qət edə bilirdilərsə, artıq 80 km yol gedirlər.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bəzi yanacaqdoldurma məntəqələrində yanacağa müdaxilə olunduğundan keyfiyyətlə bağlı problemlər meydana çıxır:

Sürücülərimiz nəzarət olmayan yerdə ölümə getməkdən çəkinmir - Elməddin Muradlı - Avtosfer.az

“SOCAR tərəfindən Azərbaycanda “Avro-5” standartına uyğun dizel, benzin istehsal ediləcəyi ilə bağlı proqnoz verildi. Heç üstündən 10-15 gün keçməyib, ancaq yanacağın keyfiyyəti ilə bağlı narazılıqlar var. Deyirlər ki, sərfiyyat artıb, yanacağın keyfiyyəti aşağı düşüb. Düzü, mən şəxsi avtomobilimdə əksini müşahidə edirəm. Sərfiyyat aşağı düşüb, mühərrik daha rahat işləyir. Ola bilsin, yanacağın satıldığı yanacaqdoldurma məntəqələrində onun keyfiyyətinə müdaxilə olunur. Tərkibinə müxtəlif maddələr qatılır. Bu, əvvəllər olub. Əminəm ki, bu, indi də baş verir. Belə yanacaqdoldurma məntəqələri var. İşlərinə haram qatmaqla evlərinə pul aparırlar. Nəticədə insanların cibinə girirlər. Həmçinin qatqılar ətraf mühiti çirkləndirir. İnsanlar arasında müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxarır. Ona görə də aidiyyatı qurumlar, güc strukturları mütləq bu məsələlərə müdaxilə etməlidir. Müdaxilə olmasa, vəziyyət gərgin olacaq. İnsanları özbaşına buraxmaq olmaz. Yanacaqdoldurma məntəqələrinə başqa cür təsir etmək mümkün deyil. SOCAR dəfələrlə açıqlama verib ki, biz yanacağı ən yüksək keyfiyyətdə satırıq, amma yanacaqdoldurma məntəqələri nə qatırsa, bu, artıq bizim nəzarətimizdən çıxır. Energetika Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, İstehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan strukturlar yanacaqdoldurma məntəqələrində monitorinqlər aparmalı, qüsurları aşkar etməlidirlər”.

Ekspertin fikrincə, yanacaq təminatı da ciddi problemə çevrilib:

“Mən Zəngilandan gələndə Biləsuvar ərazisindən Salyan yoluna çıxana qədər 5 “LUKOİL” yanacaqdolduma məntəqəsinə getdim, “Aİ-95” markalı premium benzin tapılmadı. Amma SOCAR demişdi ki, biz öz gücümüzə ölkəni həm premium, həm də “Aİ-92” benzini ilə təmin edəcəyik”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, yanacağın keyfiyyətindən narazı olan vətəndaşlar istehlakçı olaraq məhkəməyə və ya hökümət qurumlarına üz tutmalıdır:

İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir ki..." » Reyting.az

“Azərbaycan müstəqilliyini əldə edəndən indiyə qədər ölkənin daxilində satılan yanacaq dövlət tərəfindən tənzimlənir. Bir şey dövlət tərəfindən tənzimlənirsə, onun üzərindəki nəzarət işinə də dövlət cavabdehdir. Sosial şəbəkədə bununla paylaşım edilməsinə baxmayaq, biz hüquqi müstəvidə buna rast gəlmirik. İnsanların bu cür davranışı “mən kabab yedim, ancaq xoşuma gəlmədi”yə bənzəyir. Yanacağın ölkədə topdansatışını edən SOCAR ötən ildən “Avro-5” standartında dizel, bu ilin aprelindən “Aİ-92” markalı benzin, iyulun əvvəlindən isə “Aİ-95” markalı benzin istehsal etdiyini elan edib. “Avro-5” standartında qurğuşun, azot və kükürdün faizini kim audit edib? Dövlətə bağlı olmayan şirkət tərəfdən onu audit etmək lazımdır. SOCAR deyə bilər ki, “Avro-5” standartıdır. Nağıl danışmağın mənası yoxdur. İstehlakçı durub keyfiyyətin aşağı düşməsindən, sərfiyyatın artmasından danışırsa, bunu inandırsın. Gərək tərəflər arasında qarşılıqlı inam ortaya qoyula. Bu sevgi məsələsi deyil ki, durub ədəbi cümlələrlə nağıl danışıb, nəsə deyəsən”.

Aygün Mirakif,

KONKRET.az

  • Valeh
    Avqust 8, 2024 - 22:26

    Ona görede menteqelerde xelbet reyd keçirin bes xalq yazıxdı pul çatdıra bilmirik yanacak kmtraj vermir zaprapkalar hamsı atır xalqa tedbir görün xaiş edirik

    • Səlimov Ə
      Avqust 8, 2024 - 22:33

      Kimdir baxan

  • Səlimov Ə
    Avqust 8, 2024 - 22:28

    Həmişəki kimi

  • Nihad
    Avqust 8, 2024 - 22:52

    Ekspert deyirki keyfiyyətsiz yanacağa görə məhkəməyə müraciət edin. Ay ekspert bilirsən məhkəmətə bir müraciəti ən yaxşi halda nə qədər müddətə baxırlar? Vallah bular millətindən məzələnir. Bəs onda nəzarət etməli orqanlar hara baxır., niyə müftə pul alıb yeyillər, niyə reydlər keçirmillər?

  • Haller
    Avqust 9, 2024 - 10:41

    Men, 17 ildir ki, Aİ-95 den istifade edirem…sonuncu defe qiymetlerin endirilmesi gunu yani 15 avqusta bu benzinden masina tokdum, bir gun sonra, samlarda problem cixdi!!!problem kimdedir ve kim cavabdehdir?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*