Erməni politoloq Stepan Danielyan Nikol Paşinyanın ötən gün hökumətin iclasındakı açıqlamalarını sərt şəkildə qınayıb.
KONKRET.az xəbər verir ki, o, Paşinyanın müharibə və Şuşa ilə bağlı fikirlərini absurd adlandırıb.
Politoloqa görə, Paşinyanın açıqlaması Şuşanın qəsdən təslim edildiyi və həmin vaxta qədər verilmiş qurbanların sadəcə müqavimət illuziyası yaratmaq üçün olduğu anlamına gəlir:
“Əgər indiki Baş nazirin dediyi kimi, müharibə Şuşa üçün aparılmış olsaydı və Şuşasız müharibəni dayandıra bilməzdisə, bu o deməkdir ki, o, Şuşanın qəsdən təslim edib və qurbanlar müqavimət illüziyası yaratmaq üçün verilib. Yalnız Hadrutla bağlı sualı aydınlaşdırmaq lazım gəlir”.
Xatırladaq ki, Nikol Paşinyan çıxışında müharibənin Şuşa üçün aparıldığını demişdi:
“Bizə deyirlər ki, müharibəni dayandırsaydılar,qurbanların qarşısını qarşısını alardılar. Sizcə, biz bu barədə düşünməmişik? Şuşasız isə bu mümkün deyildi. Həlak olan oğullarımız buna görə, qurban getdilər. Onlar Qarabağı təslim etməmək ehtimalını müdafiə etdilər”.
Vəsilə İbrahim,
KONKRET.az
