“Biz nüvə müharibəsinin astanasına gəlməyin qarşısını almağa çalışırıq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ mərkəzi kəşfiyyat idarəsinin direktoru Uilyam Börns bildirib.
Börns Rusiya-Ukrayna müharibəsini şərh edərkən bildirib ki, ABŞ Üçüncü Dünya Müharibəsinin başlamasından narahatdır.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru həmçinin vurğulayıb ki, hazırda Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə saldığına dair heç bir aydın sübut yoxdur.
Börns Rusiya prezidenti Vladimir Putini də tənqid edib. O, Putinin qəzəbli və iddialı olduğunu, lakin özünü təhlükəsiz hiss etmədiyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
