Qazaxıstanda terrorizmi təbliğ edən bir neçə radikal saxlanıldıbackend

Qazaxıstanda terrorizmi təbliğ edən bir neçə radikal saxlanıldı

Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları terrorizmi təbliğ etmək, dini ədavəti qızışdırmaq və terror fəaliyyətinə cəlb etmək ittihamı ilə 5 ölkə vətəndaşını saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Radikalların Astana, Almatı və Qərbi Qazaxıstan vilayətlərində polis və prokurorluğun köməyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində saxlanıldığı bildirilir.

Axtarış zamanı onlardan silah, döyüş sursatı, ekstremist ədəbiyyat və digər maddi sübutlar aşkar edilib. O da qeyd edilir ki, saxlanılanlardan ikisi artıq qətl, quldurluq və xuliqanlıq cinayətlərinə görə məhkumluq həyatı yaşayıb, biri isə xaricdəki terrorçu düşərgələrdə təlim keçib və xaricdə döyüş əməliyyatlarında iştirak edib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Komitəsi Çimkənddə İslam Azadlıq Partiyasının hücrəsini müəyyən edib. Nəticədə onun 22 üzvü saxlanılıb, axtarışlar zamanı əlyazma ekstremist ədəbiyyat götürülüb.

İldırım Musayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*