Rusiya Luqanskı artilleriya atəşinə tutdu – ÖLƏN VƏ YARALANANLAR VARbackend

Rusiya Luqanskı artilleriya atəşinə tutdu - ÖLƏN VƏ YARALANANLAR VAR

Ruslar Luqansk vilayətini artilleriya atəşinə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Luqansk Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Qaydayın sözlərinə görə, Kremennaya artilleriya atəşi aprelin 17-də və gecə saatlarında davam edib:

“Hücum nəticəsində 7 yaşayış binası, yardımçı tikililər və meşə yanıb. Rusların atdığı mərmilər Ukrayna olimpiya komandasının məşq etdiyi, bu yaxınlarda yenidən qurulmuş “Olimp” idman kompleksinə düşüb. Yanğın sahəsi  ilkin hesablamalara görə, 2400 kvadratmetrdir. Xilasedicilər alovu lokallaşdırmağa çalışır. Bundan əlavə, Rubijnedə yaşayış məntəqələrinə də ziyan dəyib. Yeddi sakin üç evin dağıntıları altından təxliyə edilib, iki yaralı Severodonetskdəki xəstəxanaya çatdırılıb. Zolote şəhərinin atəşə tutulması nəticəsində azı iki nəfər Rusiya ordusu tərəfindən öldürülüb, dörd nəfər yaralanıb”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 54-cü günüdür.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*