“Rusiya 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyada əhalinin məskunlaşdığı əraziləri hədəfə aldığı kimi indi də Mariupolda eyni əməliyyatları yerinə yetirir”.
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Nazirlik kəşfiyyat məlumatlarına istinadən qeyd edib ki, Rusiya Mariupolu ələ keçirmək üçün çox çətinliklərdən keçməlidir, çünki Ukraynanın müqavimətini qırmaq heç də asan deyil:
“Rusiya komandirləri Mariupolu ələ keçirmək üçün lazım olan vaxtdan çox narahat olacaqlar. Ukraynanın qətiyyətli müqaviməti Rusiya qüvvələrini ciddi şəkildə imtahana çəkərək canlı qüvvə və texnikanın başqa yerlərə irəliləyişini ləngidib”.
Xatırladaq ki, Rusiya fevral ayının 24-də Rusiyaya qarşı müharibəyə başlayıb. Keçən 54 gün ərzində heç bir ciddi uğura nail ola bilməyib. Ötən həftə Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın yerli istehsalı olan “Neptun” raketləri ilə vurulub. Nəticədə müharibə başlayandan Rusiya ən bahalı hərbi itki ilə üzləşib. Məlumat üçün bildirək ki, Rusiyanın “Moskva” raket kreyseri isə 750 milyon dollar idi.
Vəsilə İbrahim,
KONKRET.az
