Rusiya televiziyası britaniyalı məhbuslar Şon Pinner və Eyden Eyslinin Böyük Britaniya Baş naziri Boris Consona ünvanladığı müraciəti yayıb.
KONKRET.az bu barədə The Guardian-a istinadən xəbər verir.
Məlumata görə, onlar britaniyalı nazirdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən vətənə xəyanətə görə saxlanılmış, Putinin yaxın adamı Viktor Medvedçukla dəyişdirilmələrinə kömək etməsini xahiş ediblər:
“Mən sizdən öz adımdan və Eyden Eyslinin adından xahiş edirəm ki, bizim Medvedçukla mübadiləmizi asanlaşdırasınız”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi əsir götürülən iki Böyük Britaniya vətəndaşının ukraynalı siyasətçi ilə dəyişdirilməsi təklifinə Consonun cavabını gözlədiyini bildirmişdi.
Xatırladaq ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməti Medvedçukun Rusiya və Ukrayna prezidentlərindən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş etdiyi videonu yayıb.
Vəsilə İbrahim,
KONKRET.az
