Şəxsiyyət vəsiqələrilə bağlı YENİLİKbackend

Şəxsiyyət vəsiqələrilə bağlı YENİLİK

Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən tədbirlər görülür.

KONKRET.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayon mərkəzlərindən uzaq olan ərazilərdə yaşayan, həmçinin sağlamlıq imkanı məhdud olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin yaşadıqları ünvanda verilməsi təmin edilir.

Bu məqsədlə Qazax, Goranboy, Şabran, Beyləqan, Gədəbəy rayonlarında ərazi polis orqanlarının əməkdaşları tərəfindən səyyar xidmətlər təşkil edilib.

Bu sahədə işlər davam etdirilir.

  • Natiq
    Avqust 9, 2024 - 01:06

    Bu nəyi yenilik olduki? Səyyar xidmət həmişə olubda ay savadsız müəllif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*