“Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreyanın təxribatçı hərəkətlərinə məsuliyyətlə və qətiyyətlə cavab verəcəklər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Yonhap” agentliyinə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sung Kim bildirib.
Sung Kim bildirib ki, Vaşinqton may ayında vəzifəsinə başlayacaq yeni prezident Yoon Suk-yeolun formalaşacaq yeni xarici siyasət komandası ilə işləməyi səbirsizliklə gözləyir .
Xatırladaq ki, dünən Şimali Koreya “taktiki idarə olunan raket” sınağı keçirdiyini açıqlayıb.
Qeyd edək ki, sınaq Cənubi Koreya və ABŞ-ın birgə təlimindən əvvəl həyata keçirilib. Beləliklə, Şimali Koreya ilin əvvəlindən 13-cü raket sınağını həyata keçirib.
İqbal Rzayev,
KONKRET.az
