Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibə verib.
KONKRET.az xəbər verir ki, Zelenski müsahibəsi zamanı Ukraynanın 10 il də döyüşə biləcəyini bildirib.
Zelenskinin bu açıqlamasına Çeçenistan rəhbəri Ramzan Kadırov çox sərt reaksiya verib və UKrayna Prezidentini təhqir edib
O bildirib ki, bir neçə günə Zelenskini məhv edəcəklər:
“Mən Zelenskinin on il mübarizə apara biləcəkləri ilə bağlı açıqlamalarını oxudum. Ay axmaq, sən nəsən? Bizim o qədər vaxtımız yoxdur, bir neçə günə sənin işini bitirəcəyik. Düşünürəm ki, səndə şizofreniya var. Mənasız bəyanatlar vermək yerinə böyük qardaşın Co Baydenin yanına get”.
Xatırladaq ki, bu, Ramzan Kadırovun Volodimir Zelenski və Ukrayna ilə bağlı ilk təhqir dolu reaksiyası deyil.
Vəsilə İbrahim,
KONKRET.az
