SON DƏQİQƏ! DSX əməliyyat keçirdibackend

SON DƏQİQƏ! DSX əməliyyat keçirdi

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*