“Ukrayna Pasxa bayramında “təxribatlar” edəcək”- Mixail Mizintsevbackend

"Ukrayna Pasxa bayramında "təxribatlar" edəcək"- Mixail Mizintsev

Ukrayna Qərb ölkələrinin dəstəyi ilə 24 apreldə keçiriləcək Pasxa bayramında bəzi regionlarda “təxribatlar” edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bildirib:

“Kiyev rejimi bəzi Qərb ölkələrinin dəstəyi ilə Zaporojye, Nikolayev, Odessa və Xarkov vilayətlərində çoxlu sayda mülki vətəndaşın ölümü ilə bağlı dəhşətli təxribatların hazırlıqlarını tamamlayır. Bunun üçün 24 aprel- Pasxa gecəsi pravoslav kilsələrinə hücumlar təşkil etmək məqsədilə 70-dən çox qrup yaradılıb” .

Mizintsev Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara Kiyev administrasiyasına təsir göstərərək bu cür hərəkətlərdən əl çəkməyə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*