Ukraynada müharibə nəticəsində neçə ev tamamilə dağılıb? – AÇIQLAMAbackend

Ukraynada müharibə nəticəsində neçə ev tamamilə dağılıb? - AÇIQLAMA

“Rusiya ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində Ukraynada bugünkü gün 219,6 mindən çox ev tamamı ilə dağıdılıb”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak çıxış edib.

Yelena Şulyak əlavə edib ki, hərbi əməliyyatlar nəticəsində dağıdılan evlərdən 3 600-dən çoxu mədəni irs siyahısında olub.

“Bizə yeni məlumatlar daxil olmaqda davam edir və qələbəmizdən sonra hansı rəqəmlərlə qarşılaşacağımızı təsəvvür etmək çox ağırdır”, – deyə Yelena Şulyak bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*