Vilyam Hacıyevin məhkəməsində tanınmış idmançı İFADƏ VERDİbackend

Vilyam Hacıyevin məhkəməsində tanınmış idmançı İFADƏ VERDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid qismində Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev ifadə verib.

KONKRET.az-ın report-a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə idmançı bildirib ki, İmişli rayonunda heyvandarlığın inkişafı ilə bağlı torpaq alıb:

“Mən özüm beynəlxalq dərəcəli idmançıyam. Atamdan qalan heyvandarlıq sahəsini inkişaf etdirmək istəyirdim. Mən ilk olaraq İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə müraciət etdim. Qeyd edildi ki, mühasibatlığa yaxınlaşmaq lazımdı. Rayonun Maliyyə şöbəsinin rəisi Cəmil Musayevə 20 min manat pul verdim. Ondan çek də tələb etdim, amma mənə təqdim etmədi”.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*