750 minə yaxın şəxsin əməkhaqqısı artacaq – Detallar açıqlandıbackend

750 minə yaxın şəxsin əməkhaqqısı artacaq – Detallar açıqlandı

Minimum əməkhaqqının artırılması gündəmdədir. Təbii ki, əməkhaqqı və digər sosial ödənişlərin artırılması dövlət büdcəsinə bağlı məsələdir. Çünki məhz dövlət büdcə zərfində bu məsələlər öz əksini tapır.

KONKRET.az xəbər verir ki,bunu VI çağırış Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O qeyd edib ki, büdcə zərfinə baxılarkən yaşayış minimumu və minimum əməkhaqqı ilə əlaqədar maliyyə ayrılır:

“Hazırda ölkəmizdə minimum əməkhaqqı 345 manatdır. Amma ümumilikdə ölkəmizdə 2023 və 2024-cü ildə əməkhaqqı ilə bağlı kifayət qədər artım olub. Son vaxtlar inflyasiya, müəyyən qiymət artımları ilə əlaqədər minimum əməkhaqqının artırılması zərurəti yaranıb”.

Komitə üzvü hesab edir ki, bu ilin noyabrında yeni formalaşacaq parlament büdcə zərfini müzakirə edərkən əməkhaqqı və digər sosial məsələlərdəki artımlar məsələsi gündəlikdə olacaq:

“Kifayət qədər artım etmək lazımdır. Çünki bu 700-750 minə yaxın insanın əməkhaqqısına təsir edəcək bir dəyişiklik olacaq. Proqnozlar ondan ibarətdir ki, minimum əməkhaqqının 400 manata yaxın həddə müəyyənləşməsi mümkündür”.

Vahid Əhmədova görə, burada aparılacaq hesablamaların da artıma təsiri olacaq:

“Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirlikləri müəyyən hesablamalar aparacaq. Ümumilikdə isə büdcə müzakirələrinin nəticəsi olaraq gələn ilin yanvarın 1-dən bu məsələ öz həllini tapa bilər”./ Teleqraf.com

  • Əliəddin
    Avqust 4, 2024 - 00:42

    Əmək haqları və pensiyalarla bağlı sosial mediada aramsız tirajlanan belə mənasız fikirlər insanı sadəcə iyrəndirir. Ayıb deyilən bir anlayış var. Bu insanlar üçün deyəsən bu anlayışın qara quruşluq dəyəri yoxdur. Belə mənasız sayıqlamalarla gündəmdə olmaqdansa, xəlvətə çəkilib guşənişin həyatı yaşamaq milyon dəfə ŞƏRƏFLİDİR. Deyəsən sosial mediada bu siyasətçilər özləri haqda yazılanlara ya baxmır, ya da utanmaq hisslərini Sİbirə sürgünə göndəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*