ABŞ-da eyni liseydə oxuyan 100 nəfərə nadir rast gəlinən beyin xərçəngi diaqnozu qoyulub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bir xəstənin araşdırması ilə ortaya çıxan bu vəziyyətlə bağlı istintaq başlanılıb.
Bildirilib ki, hadisə Al Lupiano adlı vətəndaşın araşdırması ilə üzə çıxıb. Belə ki, xərçəng xəstəsi olan 50 yaşlı Lupianonun qardaşı da eyni xəstəliyin qurbanı olduğu müəyyən edilib.
Digər tərəfdən həyat yoldaşının da qlioblastoma adlı beyin xərçəngi olan kişi bu mövzunu sosial mediada paylaşıb.
Qardaşı və həyat yoldaşı ilə yeganə ortaq cəhətinin eyni liseydə oxumaları olduğunu bildirən Lupiano, bu ehtimalı araşdırmaq üçün Feysbukda qrup açır və eyni məktəbə oxuyan digər insanlarda da oxşar halın olub-olmadığını soruşur. Qısa müddətdə onlarla insandan cavab alan Lupiano, keçən həftədən etibarən bu liseyə gedib beyin xərçənginə tutulanların sayının 100-ə çatdığını öyrənib.
Bu hadisəni TikTok-da paylaşan Lupiano mövzunu ölkə gündəminə çıxarıb. Video qısa müddət ərzində milyonlarla dəfə izlənilib və səlahiyyətlilər sirri açmaq üçün araşdırma başlatmağa qərar verib.
Bildirilib ki, müəmmalı hadisənin ABŞ-ın nüvə silahı layihəsi ilə bağlığı araşdırılır.
Belə ki, məktəbdən 20 kilometr aralıda yerləşən və hazırda bağlı olan uran emalı müəssisəsi “Middlesex” ilkin araşdırmalar zamanı diqqəti cəlb edib.
Çünki ölkə mətbuatında yer alan xəbərlərə görə, atom bombası üçün uran filizinin əridilməsi və saxlanması üçün istifadə edilən “Middlesex”ki torpağın məktəb bağçasında istifadə edildiyi iddia edilir.
Qeyd edək ki, sözügedən obyekt 1940-cı illərdə dünyanın ilk atom bombasını istehsal etmək üçün fəaliyyət göstərib.
İqbal Rzayev,
KONKRET.az
