ABŞ Rusiyaya qarşı yeni PLAN HAZIRLAYIR – Vaşinqton kimləri cəzalandırmaq niyətindədir? – AÇIQLAMAbackend

ABŞ Rusiyaya qarşı yeni PLAN HAZIRLAYIR - Vaşinqton kimləri cəzalandırmaq niyətindədir? - AÇIQLAMA

ABŞ Rusiyanın sanksiyalarından yayınmaq üçün yeni tədbirlər hazırladığını elan edib. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Bayden administrasiyası Rusiyaya qarşı sanksiyaları pozanlara məhdudiyyətlər tətbiq edəcək.

Bəs görəsən, burada hansı məhdudiyyətlərdən söhbət gedir? ABŞ kimləri cəzalandırmaq niyətindədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, sanksiyalardan yayınmaq üçün üçüncü dövlətlərdən istifadə edilir: “Müharibə başladığı andan etibarən, Gürcüstanda 20, Ermənistanda 15 minə yaxın şirkət qeydiyyatdan keçib. Şirkətlər kapitallarını bu ölkələrə köçürür. Bu siyahıda Azərbaycan əsilli olanlar da var. ABŞ Rusiyanın bütün maliyyə kanallarını bağlamaq niyyətindədir. Onlar mərhələli şəkildə Rusiyanın tapdığı alternativlərə uyğun sanksiyalar tətbiq edir. Üçüncü ölkələr sanksiayalara mane olmaqda xüsusi rol oynayır. Həmin şəxslərin çoxu Rusiyanın məşhur milyonerləridir. Onların üçüncü ölkələrdə çoxsaylı əlaqələri var və qara mühasibatlığa əsaslanan qeyri-leqal pul kütlələrinin yuyulmasına çalışırlar”.

3+3 formatı həm də möhkəm təməllər üzərində qurulmuş təhlükəsizlik zonası  yaradır”-Əziz Əlibəyli

Politoloq əlavə edib ki, bəzi ölkələrdən illeqal şəkildə pul köçürmək mümkündür: “Yəqin ki, ABŞ və onun müttəfiqləri bu prosesin arxasınca düşəcək. Qərb meydanda Ukraynaya tam dəstək verərək Rusiyanı dayandırmağa  çalışır. Maddi olaraq isə Qərb Rusiyanın pullarına həbs qoymaqla onun işinə mane olur. Rusiyanın bir sıra beynəlxalq sistemdən çıxarılması bunun bariz nümunəsidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*