ABŞ Rusiya sanksiyalarından yayınma ilə mübarizə üçün yeni tədbirlər elan edib. Onlar “yaxın bir-iki həftə” ərzində elan ediləcək.
KONKRET.az Reuters-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Bayden administrasiyası Rusiya Federasiyasına qarşı sanksiyaları pozanlara məhdudiyyətlər qoyacaq.
Onun sözlərinə görə, Ağ Ev yaxın günləri bu məsələyə həsr edəcək.
“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışanlar (ölkələr və təşkilatlar) haqqında məlumat alacağıq. Üstəlik, həm Rusiya Federasiyası daxilində, həm də onun hüdudlarından kənarda. Onlar bizim hədəfimizə çevriləcəklər”, – Sallivan deyib.
Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, ruslar ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalan malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaradırlar.
Gürcüstanda isə əmindirlər ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmirlər.
Xuraman Etibarlı,
KONKRET.az
