Alla Puqaçova ad günündə görünüşü ilə təəccübləndirsə də, əlləri onu “satdı” – FOTObackend

Alla Puqaçova ad günündə görünüşü ilə təəccübləndirsə də, əlləri onu "satdı" - FOTO

Alla Puqaçova ad günündə görünüşü ilə hər kəsi təəccübləndirsə də, əlləri onu “satıb”.

KONKRET.az xəbər verir ki, məşhur rusiyalı modelyer İqor Qulyayev müğənni Alla Puqaçovanın doğum günündən yeni fotoları sosial şəbəkəyə “sızdırıb”.

15 aprel tarixində Primadonna 73 yaşına qədəm qoyub. Modelyer Alla Puqaçovanın ad günündə çəkilmiş şəklini İnstaqram səhifəsində paylaşıb.

“Ad günün mübarək, Allusya! Sevilən, sağlam və xoşbəxt ol! Mən səni sonsuz sevirəm və həmişə yanındayam!” – deyə Qulyayev fotoya başlıq yazıb.

Fotoda Puqaçova ağ xallı paltoda,  saçları toplanmış və gün eynəyi ilə görünüb. Üzü mükəmməl hamar görünən müğənninin 73 yaşında olduğuna inanmaq çətindir.

Lakin yaşına xəyanət edən yeganə şey onun əlləridir. Allah Puqaçovanın əllərində yaş ilə əlaqədar piqment ləkələri görünür.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*