ABŞ Prezidenti Co Baydenin reytinqi dekabrda 46 faizdən 38 faizə düşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın CNBC kanalı tərəfindən keçirilən sorğunun nəticələri göstərir.
Respondentlər Baydenin iqtisadiyyatı və Ukraynadakı münaqişəni idarə etmək iqtidarında olmadığını bildirib.
Xatırladaq ki, dörd ay əvvəl eyni sorğuya görə Baydenin bəyənmə nisbəti 46 faiz, bəyənməmə nisbəti isə 48 faiz idi.
Respondentlərin təxminən 48 faizi yaşayış xərclərinin artımını bir nömrəli problem kimi qiymətləndirib. Eyni zamanda Ukraynadakı vəziyyət 31 faizlə ikinci, immiqrasiya isə 23 faizlə üçüncü yerdədir.
Qeyd edək ki, cümə axşamı günü keçirilən sorğuya görə, amerikalıların 47 faizi iqtisadi vəziyyəti “pis” kimi qiymətləndirib ki, bu da 2012-ci ildən bəri ən yüksək göstəricidir. Yalnız 17 faiz iqtisadi vəziyyəti “yaxşı” kimi qiymətləndirib.
İqbal Rzayev,
KONKRET.az
