“Mən ağır və yüngül silahlar arasında fərq qoymuram. Ukrayna özünümüdafiə üçün ehtiyacı olanı almalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Bild” qəzetinə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
Fon der Leyen Avropa İttifaqına üzv dövlətləri Ukraynanı sürətli silahlarla təchiz etməyə çağırıb:
“Bütün üzv dövlətləri üçün vacib olan odur ki, kimin silahı varsa, onu tez tədarük etməlidir. Çünki Ukrayna yalnız bu zaman Rusiyaya qarşı müdafiədə uğur qazana bilər”.
AB-nin Rusiyaya qarşı hazırladığı altıncı sanksiya paketinə işarə edən fon der Leyen, “Bank sektoruna, xüsusən də Rusiya bank sektorunun 37 faizini təşkil edən “Sberbank”a baxmağa davam edirik. Təbii ki, bunların içində enerji məsələləri də var”- deyə bildirib.
Müharibənin ən qısa zamanda sona çatması üçün hər şeyin edilməsi lazım olduğunu vurğulayan fon der Leyen, “Eyni zamanda, müharibənin ən pis halda aylarla, hətta illərlə davam edə biləcəyinə də özümüzü hazırlamalıyıq”-deyə əlavə edib.
İqbal Rzayev,
KONKRET.az
