“AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində növbəti nəşr İŞIQ ÜZÜ GÖRDÜbackend

AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində növbəti nəşr İŞIQ ÜZÜ GÖRDÜ

Azərbaycan Yüksəliş Partiyasının həyata keçirdiyi “AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində növbəti nəşr işıq üzü görüb.

KONKRET.az xəbər verir ki, bu, Güney Azərbaycandan olan milli fəal, hazırda Ankarada yaşayan Məhsa Mehdilinin yazdığı “44 Günlük Qarabağ Savaşında Güney Azərbaycan” kitabıdır.

Kitabda 2020-ci ilin sentyabrında başlayan və Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsində güneyli soydaşlarımızın Azərbaycana verdikləri dəstək, keçirdikləri aksiyalar, üzləşdikləri məhrumiyyətlər, təhdid və təzyiqlərə geniş yer verilib.

Nəşrdə həmçinin, Azərbaycanın bölünməsi, Rusiya və İran tərəfindən işğala məruz qalması, bu işğala qarşı aparılan mübarizələr, I Qarabağ savaşı və digər mövzulara toxunulub.
Qeyd edək ki, bu, “AY Partiyanın kitabxanası” layihəsi çərçivəsində çap olunan ikinci kitabdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*