“Belə dövlət başçısına görə utanıram” – Konqresmen Co Baydenin impiçmentinə çağırdıbackend

“Belə dövlət başçısına görə utanıram” – Konqresmen Co Baydenin impiçmentinə çağırdı

Konqresmen Marjori Teylor Qrin ABŞ prezidenti Co Baydenin impiçmentinə çağırıb və belə dövlət başçısına görə utandığını bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin Şimali Karolinanın Kənd Təsərrüfatı Akademiyasında çıxışı zamanı ABŞ-ın bütün problemlərinə görə, Rusiya prezidenti Vladimir Putini günahlandırması Konqresmeni özündən çıxarıb.

Amerika prezidenti çıxışının sonunda hansısa xəyali həmsöhbətlə əl sıxmaq istəyib, lakin onun yanında heç kim olmayıb. Nəticədə Bayden uzun müddət çaşqınlıqla hasara baxıb, sonra isə üzünü divardan asılmış ABŞ bayrağına çevirib.

“Prezidentimiz sözün əsl mənasında mövcud olmayan subyektlə əl sıxmağa çalışdı. Bu, inanılmaz dərəcədə utancvericidir! Bayden ölkəmizə rəhbərlik edir. Artıq bəsdir” – konkresmen vurğulayıb və prezidentin dərhal impiçmentinə çağırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*