Şimali Makedoniya Xarici İşlər Nazirliyi 6 rus diplomatını “persona non-qrata” elan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada Rusiya Federasiyasının Skopyedəki səfiri Sergey Bazdnikinin nazirliyə çağırıldığı və 6 diplomatın “persona non-qrata” elan edildiyinə dair diplomatik nota verildiyi vurğulanıb.
Bildirilib ki, adıçəkilən şəxslər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olublar.
Nazirlik rusiyalı diplomatların 5 gün ərzində ölkəni tərk etməli olduğu bildirib.
Qeyd edək ki, keçən ay da Şimali Makedoniya beş rus diplomatını “diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”na zidd hərəkət etdiklərini əsas gətirərək “persona non-qrata” elan edib.
İqbal Rzayev,
KONKRET.az
