“Çin yay aylarında Tayvana hücum edəcək” – ABŞ kəşfiyyatının məlumatı ilə bağlı İLGİNC AÇIQLAMAbackend

“Çin yay aylarında Tayvana hücum edəcək” – ABŞ kəşfiyyatının məlumatı ilə bağlı İLGİNC AÇIQLAMA

Çin və Tayvan arasındakı gərginlik bir qədər də artıb. Bəzi mənbələr bu gərginliyin hətta pik həddə çatdığını söyləyir. ABŞ kəşfiyyatının yaydığı məlumatlara  görə Çin, payızda Tayvanı geri qaytarmaq əməliyyatını planlayır. Bəs görəsən Çin həqiqətən də bu hücumu gerçəkləşdirəcəkmi? İki dövlət arasında müharibə baş verərsə dünyanı hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Çinin Tayvana hücum planları ilə bağlı uzun müddətdir müzakirələr aparılır: “Ümumilikdə Rusiya-Ukrayna gərginliyini daha əvvəldən proqnozlaşdıran Qərbin beyin mərkəzləri Çin-Tayvan savaşının da tezliklə başlama ehtimallarından bəhs edir. Düşünürəm ki, Çin Tayvana hücum etmək üçün məqam gözləyir. Texnologiya nəhənginin Tayvana iddiaları heç vaxt tükənməyib. Eyni zamanda NATO üzvlərinin və digər Qərb dövlətlərinin Tayvanı qorumaq perspektivləri hazırki situasiyada çətin görünür. Ümumilikdə Rusiya-Ukrayna savaşı bir çox məsələlər üçün örnək rolunu oynadı. NATO-nun Ukraynanı qorumaq üçün atdığı addımların yetərsiz olduğu düşünülürdü. Lakin son günlər ərzində Qərbin istər silah-sursat təchizatı, istərsə də digər məsələlərdə Ukraynanı tamn tərkibdə dəstəyini görürük”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun lokomotivi rolunda"

Politoloq eyd edib ki, NATO və ABŞ-ın fəal davranacağını düşündüyü üçün Çin hələlik Tayvan  məsələsində ehtiyat edir: “Lakin istənilən halda bu məsələnin 2025-ci ilə qədər qalmayacağını düşünürəm. Çinlə Tayvan arasında qısa vaxt ərzində münaqişə başlaya bilər. Əslində bir çox ehtimallar Çinin yay aylarında Tayvana hücum edəcəyini deməyə əsas verir. Proseslərin gedişi bundan sonra beynəlxalq münasibətlərin necə formalaşmasından asılı olacaq. Bütövlükdə Çinin Tayvanı yenidən birləşdirmək cəhdləri qarşısında beynəlxalq birlik aktiv şəkildə hansısa müdaxilə edə bilməyəcək. Lakin Çinə sanksiyalar tətbiq edilə bilər. Bu isə Çindən çox, Qərbə ziyan vura bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*