DİM sədri: “Buraxılış imtahanları bir gündə keçirilsə, ictimai asayiş pozula bilər”backend

DİM sədri: “Buraxılış imtahanları bir gündə keçirilsə, ictimai asayiş pozula bilər”

“Buraxılış imtahanları ölkədə bir gündə keçirilsə, bu, ictimai asayişin pozulmasına gətirib çıxara bilər”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, burada təkcə DİM-in deyil, digər əlaqədar qurumların da imkanları nəzərə alınmalıdır:

“Bu imtahanlar pandemiya şəraitində keçirildiyinə görə, tələblər vardı. Bəzən abituriyentlər gec gəlir, bəziləri öz üzərində nələrsə keçirməyə çalışır. Bütün abituriyentlərin yoxlanılması vaxt aparan işdir. Bu səbəbdən biz böyük binada 500 şagirdi qəbul edirik. Pandemiya vaxtı isə bu rəqəm isə 200 idi”.

Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*