Siqaretə alternativ olaraq təklif edilən elektron siqaretlərin daha bir zərəri üzə çıxıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə San-Dieqo Kaliforniya Universitetində araşdırma aparılıb.
Araşdırmada kartric aromalı elektron siqaretlərin demək olar ki, bütün orqanlarda iltihabı artırdığı, əsasən də beyinə mənfi təsir göstərdiyi müəyyən edilib.
Gündə üç dəfə bu siqaretin təsirinə məruz qalan siçanların beyinlərində üç aydan sonra çoxlu iltihab əlamətləri müşahidə olunub.
Alimlər elektron siqaretlərdəki aromaların təsirini də araşdırıb. Məlum olub ki, nanə ətirli manqo ətirlidən daha çox ürəkdə zəiflik yaradır.
Tədqiqatçılar bu fikirdədirlər ki, elektron siqaretlərin sağlamlığa zərərlərini tam başa düşmək üçün hər bir elektron siqaret və aroma ayrı-ayrılıqda araşdırılmalıdır.
İqbal Rzayev,
KONKRET.az
