Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşdübackend

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən KONKRET.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*