Ermənistan-Türkiyə sərhədi nə vaxt açılacaq? – Kılıç DANIŞDI backend

Ermənistan-Türkiyə sərhədi nə vaxt açılacaq? - Kılıç DANIŞDI 

“Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur.”

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

Erməni tərəfi ilə növbəti danışıqların tarixinə toxunan Kılıç Ankaranın prosesi inkişaf etdirmək istədiyini və İrəvanla təmasda olduğunu vurğulayıb. Lakin hazırda danışıqlar üçün konkret tarix təyin edilmədiyini açıqlayıb.

Həmçinin aprelin 12-də Antalyada Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri – Ararat Mirzoyan, Ceyhun Bayramov və Maka Boçorişvilinin iştirakı ilə Cənubi Qafqaz üzrə üçtərəfli panel müzakirəsi keçiriləcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*