Filippində “Megi” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 167-yə yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə “Inquirer News” məlumat yayıb.
Məlumatda bildirilib ki, daşqınlar və torpaq sürüşmələri ümumilikdə 167 nəfərin ölümünə, 8 nəfərin xəsarət almasına səbəb olub. Təbii fəlakətlərdə itkin düşən 110 nəfərdən hələ də xəbər yoxdur.
Daşqın və sürüşmə nəticəsində 1,9 milyon insan təxliyə olunduğu halda, onlardan yalnız 209 162 nəfəri təxliyə məntəqələrinə yerləşdirilib.
Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, qasırğanın kənd təsərrüfatı sektoruna vurduğu zərər 703 milyon Filippin pesosunu (13 milyon 480 min ABŞ dolları) keçib.
Xatırladaq ki, hər il orta hesabla 20 tufan və qasırğanın baş verdiyi Filippində 2013-cü ildə “Haiyan” tayfunu səbəbindən 6 mindən çox insan həlak olub.
İqbal Rzayev,
KONKRET.az