Putin hələlik müharibəni bitirmək və Zelenski ilə görüşmək istəmir.
KONKRET.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, Putin hələlik müharibəni bitirmək və Zelenski ilə görüşmək istəmir.
“Telefon danışığında ona sülh haqqında danışmaq üçün zəng etdiyimi bildirdim. Ondan soruşdum:” Zelenski ilə nə vaxt görüşürsən? Yalnız ikiniz bir həll ylou tapa bilərsiniz.” Cavab verdi: “Hələ vaxtı çatmayıb”. Mən təkid etdim: “Atəşkəs haqqında qərar verin”. Və yenə Putin dedi: “Xeyr: hələ vaxtı detyil”, – deyə Draqi bildirib.
O, həmçinin İtaliyanın Rusiya təbii qazına qiymət həddi təklif etdiyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
