Kirayə mənzillər bahalaşa bilər – Səbəb?backend

Kirayə mənzillər bahalaşa bilər - Səbəb?

Sosial mediada noyabr ayında inflyasiya olacağı barədə fikirlər səsləndilir. İqtisadçı ekspertlər isə yaxın zamanlarda devalvasiya olacağını söyləyirlər. İnflyasiya və devalvasiya ölkədə satışa çıxarılan məhsullarda qiymət artımına səbəb olur. Görəsən, əmlak bazarında da bahalaşma müşahidə ediləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-ın sualların cavablandıran əmlak eksperti Ramil Qasımzadə bildirdi ki, devalvasiya olsa belə, əmlak bazarında qiymət artımı olmayacaq:

“Hazırda əmlak bazarında qiymətlər stabildir. Faktiki olaraq alıcı qıtlığı yaşanır. Keçən il qiymətlərdə artım çox oldu. Devalvasiyanın bu il baş verəcəyinə inanmıram. Bunun olması üçün iqtisadi əsaslar yoxdur. Əmlak bazarında qiymətlər yetərincə yüksəkdir. Buna görə alıcılar mənzil almaq istəmirlər. Alqı-satqı demək olar ki, 50 % azalıb. Bu da bahalaşmanın göstəricisidir. Qiymətlərin yenidən qalxacağını düşünmürəm. 2014-cü ildə devalvasiya olanda əksinə əmlak ucuzlaşdı, artım isə bir neçə il sonra oldu. Devalvasiya baş versə belə, qiymətlərdə 10%-dən çox bahalaşma olmayacaq”.

Onun fikrincə bazarda həmişə tələb təklifi üstələyir:

“100 min manata qədər olan evlərə tələb çoxdur, amma bazardakı təklif bu qitməyi aşarsa, təbii ki, imkanı olmaylar əmlak əldə edə bilməyəcəklər. Bu gün ailələr 2 otaqlı “Leninqrad” layihəli evlər axtarırlar. Onun da qiymətinin 100 min manatdan çox olmasını istəmirlər. Amma bu qiymətə həmin mənzili tapmaq çətindir. Tələb təklifi həmişə uyğun qiymətdə üstələyir. Baha qiymətdə təklif daha çoxdur, nəyinki tələb”.

Ekspert COP29 ərəfəsində evlərin bahalaşacağı ilə bağlı iddialara da cavab verdi:

“COP29 ilə əlaqədar günlük kirayə verilən mənzillərin qiymətində artım ola bilər. Tədbirlə əlaqədar Azərbaycana gələn turistlərin yarısı holellərdə qalacağı halda, bir qismi də kirayə evlərə üz tutacaq. Bu da qiymət artımına səbəb ola bilər. Təbii ki, bunu zaman göstərəcək. Bahalaşmanın 100-150 manat civarında olacağı ehtimal edilir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*