Mingəçevirdə yanğın oldu – Bir nəfərə tibbi yardım göstərildibackend

Mingəçevirdə yanğın oldu - Bir nəfərə tibbi yardım göstərildi

Mingəçevirdə fərdi təsərrüfatda yanğın olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Sahil küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.

Həyətdəki köməkçi tikilidə baş verən yanğın böyüyüb və yalnız təcili əraziyə cəlb olunan bir neçə tanğınsöndürmə briqadasının çevik müdaxiləsi ilə alov ram edilib və ətrafa yayılmasınım qarşısı alınıb.

Həkim briqadası həyəcan şoku yaşayan 1962-ci il təvəllüdlü ev sahibi İradə Yusifovaya zəruri tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*